“Human Rights Watch”ın nümayəndələri Azərbaycana gələcək

“Human Rights Watch”ın nümayəndələri Azərbaycana gələcək

Hazırda oxunan: “Human Rights Watch”ın nümayəndələri Azərbaycana gələcək

1539

“Azərbaycan “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına dəvət göndərib. Onların nümayəndələri Azərbaycana gəlməli və Ermənistanın xüsusilə Gəncə, Tərtər, Bərdə və digər şəhərlərdə azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərini yerində qiymətləndirməlidirlər”.

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdədə keçirilən mətbuat konfransında deyib. 

“Artıq biz öyrəndik ki, “Human Rights Watch” bizim dəvətimizi qəbul edib. Qarşıdakı yaxın günlərdə "Human Rights Watch”ın nümayəndə heyəti Azərbaycana gələcək. Lakin “Amnesty International”dan hələ ki cavab almamışıq”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO