Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “New York Times”a (NYT) açıq məktub ünvanlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, rəsmi “X” hesabında paylaşım edib.
O, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib.
"Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, NYT alternativ baxışlara təhlükəsizlik divarı və bürokratik maneələr qoyur. “X” mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb”, - paylaşımda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:02 / 06.09.2023
Hikmət Hacıyev “New York Times”a açıq məktub ünvanladı: "Təəssüflənirəm ki..."
Hazırda oxunan: Hikmət Hacıyev “New York Times”a açıq məktub ünvanladı: "Təəssüflənirəm ki..."
Hazırda oxunan: Hikmət Hacıyev “New York Times”a açıq məktub ünvanladı: "Təəssüflənirəm ki..."
153861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.