İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidentini təbrik etdi

İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidentini təbrik etdi

Hazırda oxunan: İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidentini təbrik etdi

152288

Prezident İlham Əliyev Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalle Pouya təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident, 

Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 

İnanıram ki, Azərbaycan ilə Uruqvay arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. 
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO