Belçika XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır”

Belçika XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır”

Hazırda oxunan: Belçika XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır”

152216

“Biz bilirik ki, Azərbaycan dayanıqlı sülh üçün addımlar atır. Bir neçə gün əvvəl Ermənistan XİN rəhbərinə bildirdim ki, bu tarixi fürsətdir və dialoqdan yararlanmaq lazımdır”. 

Bizim.Media xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Hadija Labib avqustun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinq zamanı deyib. 

Nazir, həmçinin əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmalıdır:

“Biz bunu dəstəkləyirik. Biz gələcəyə baxmalıyıq, bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq. Sülh xalqın, sıravi vətəndaşın həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları onlardır”. 

Hadija Labib bildirib ki, sülh həm Ermənistan, həm Azərbaycan, həm də bütün dünya üçün vacibdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO