Xankəndidə yaşayan Karen Matevosyan axtarışa verildi - MƏHKƏMƏ QƏRARI

Xankəndidə yaşayan Karen Matevosyan axtarışa verildi - MƏHKƏMƏ QƏRARI

Hazırda oxunan: Xankəndidə yaşayan Karen Matevosyan axtarışa verildi - MƏHKƏMƏ QƏRARI

152206

Xəbər verildiyi kimi 1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

İş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO