Ermənilər danışıq üçün Bərdəyə gəlir? – AÇIQLAMA

Ermənilər danışıq üçün Bərdəyə gəlir? – AÇIQLAMA

Hazırda oxunan: Ermənilər danışıq üçün Bərdəyə gəlir? – AÇIQLAMA

151903

BMT TŞ-da qaldırdıqları erməni avantürasının iflasa uğraması, düşmən tərəfə bir tərs şapalaq olub. Ermənilər variant axtarırlar.

Belə ki, Ermənistanın “Faktİnfo” nəşrinin yazdığına görə, qondarma rejimin rəhbəri Arayik Arutyunyanın iki çıxış yolu var. Ya təcili istefaya gedəcək, ya da Ağdam vasitəsilə Xankəndinə ərzaq tədarükünə razılaşacaq.

Nəşrin əlavə edir ki, Arutyunyanın istefa vermək fikri yoxdur:

“Ona görə də indi Ağdam vasitəsilə Xankəndinə ərzaq məhsullarının idxalı məsələsi gündəmdədir. Qondarma rejim "hökumət komandası" yaradıb və ora daxil olan şəxslər yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Görüşün Azərbaycanın Bərdə şəhərində baş tutacağı söylənilir”. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov da yaxın zamanlarda belə bir görüşün Bərdədə keçirilməsini istisna etmədi:
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın günlərdə Bərdədə ermənilərlə görüş olacaq - İDDİA


“Ermənistan əvvəlcə siyasi avantüraya əl ataraq çalışdı ki, BMT TŞ formatında Azərbaycan əleyhinə qətnamə qəbul edilsin.

Guya ki, Azərbaycan Qarabağdakı erməni əhalisinə qarşı blokada, humanitar fəlakət siyasəti həyata keçirir.

Amma onların bu uydurmaları da fiaskoya uğradı. BMT TŞ heç bir sənəd qəbul etmədi və İrəvanın bu istiqamətdə bütün cəhdləri nəticəsiz qaldı. Bu da Azərbaycanın diplomatik uğurudur. Belə olan halda erməni siyasi-hərbi rəhbərliyi növbəti addım atmağa məhkumdur”. 

Növbəti addım isə həmsöhbətimizin qeyd  etdiyi kimi, Azərbaycan tərəfinin təqdim etdiyi Ağdam-Xankəndi yoludur:

“Hesablamalara görə gün ərzində 17 min avtomobilin həmin yoldan istifadə etməsi mümkündür. Deməli, heç bir halda söhbət humanitar böhrandan gedə bilməz. Belə olan halda, Ermənistan tərəfinin mövqeyinin dəyişəcəyi proqnozlaşdırılan idi. Çünki onlar BMT-də Azərbaycana qarşı təzyiqi əldə edə bilmədilər. Belədə isə ikinci variant qalır-Bakının təklif etdiyi Ağdam-Xankəndi yolu ilə bağlı təklifi qəbul etmək”.

Deputatın fikrincə, Azərbaycan dövlətinin bu istiqamətdə prinsipial və qətiyyətli mövqeyi Ermənistanın məlum mövqeyinin dəyişməsini şərtləndirən həlledici amildir:

“Onun nəticəsidir ki, erməni mətbuatı Bərdə şəhərində haqqında bəhs olunan məsələlərlə bağlı müzakirələrin keçirilməsinin planlaşdırıldığını yazır. Bu bir daha onu göstərir ki, Ermənistan düşdüyü ağır situasiyanın birbaşa təsiri altında həmin addımları atır.
Yəni onların etdiyi heç də xoş məramdan irəli gələn addım deyil. Düşdükləri vəziyyətin diktəsi altında bunlara gedir. Deməli, ermənilərin TIR şousunun heç bir nəticəsi olmadı. BMT-dən dəstək ala bilmədilər. Gördülər ki, Azərbaycan bir addım da geri çəkilməyəcək. Ağdam-Xankəndi yolunun istifadəyə verilməsi sırf zaman məsələsidir”.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO