Qərbi Azərbaycan İcması ABŞ-a Ermənistanla bağlı ÇAĞIRIŞ ETDİ 

Qərbi Azərbaycan İcması ABŞ-a Ermənistanla bağlı ÇAĞIRIŞ ETDİ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcması ABŞ-a Ermənistanla bağlı ÇAĞIRIŞ ETDİ 

151404

“Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin məlumat verdiyi kimi, bu gün səfir Kristina Kvien İstisu(Cermuk) qəsəbəsinə səfər edib. Biz xanım səfirin İstisuya hansı məqsədlə səfər etməsi barədə məlumata malik deyilik.

Lakin, səfirin İrəvandan gələrkən İstisu daxil olmaqla əvvəllər azərbaycanlıların yaşamış olduqları, məscidlərinin, qəbiristanlıqlarının dağıdıldığı, təhqir edildiyi yaşayış məskənlərindən keçdiyini bilirik”.  

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada qeyd edilib. 

“Bilmək istərdik ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-ın Ermənistanda –etnik təmizləmə yolu ilə mono-etnik məkana çevrilmiş bir dövlətdə - səfiri olan xanım Lvienin akkreditə olunduğu ölkədə tüğyan edən irqçilik və qeyri-tolerantlığın aradan qaldırılması və azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulan qayıdış hüquqlarının reallaşdırılması üçün nələr edir.   
Biz həmçinin fürsətdən istifadə edərək, ABŞ tərəfini etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarına dəstək verilməsi xahişi ilə dövlət katibi Entoni Blinkenə göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO