Artur Ağacanov İrəvanı ittiham etdi: “Humanitar yardım göndərməklə təxribat törədib”

Artur Ağacanov İrəvanı ittiham etdi: “Humanitar yardım göndərməklə təxribat törədib”

Hazırda oxunan: Artur Ağacanov İrəvanı ittiham etdi: “Humanitar yardım göndərməklə təxribat törədib”

149723

İrəvan rəsmi Bakının razılığı olmadan Qarabağ ermənilərinə “humanitar yardım” göndərməklə qəsdən təxribat törədib.

Bizim.Media xəbər verir ki, bu fikirləri Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnterfaks” agentliyinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə humanitar yardım aparan və Azərbaycan sərhədində ilişib qalan yük maşınlarını göndərməklə komediya təşkil edib:

“Bu, rəsmi İrəvanın böyük səhvi və ikiüzlülüyüdür. Yalnız sülhü pozmaq cəhdidir və təxribatdır".

Ağacanov qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinə lazımi yardımı göstərmək üçün Ağdam-Xankəndi yolundan istifadə etməyə hazırdır:

“Bu isə ən yaxşı variantdır, o cümlədən Qarabağ ermənilərinin reinteqrasiyasına da təkan verəcək”.

O, ötən əsrin 90-cı illərində Qarabağda azərbaycanlılara qarşı törədilən qırğınlarda iştirak etmiş Vaqif Xaçaturyanın Ermənistanla sərhəddə yerləşən Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan tərəfi tərəfindən saxlanmasına da münasibət bildirib:

“Xaçaturyanın saxlanması düzgün addım idi, çünki bəşəriyyətə qarşı cinayətlərdə və soyqırımda günahı sübuta yetirilən hər kəs cəzasını almalıdır. Qarabağ münaqişəsinin qızışdırılmasında, azərbaycanlı əhalinin öldürülməsində, ölkədən qovulmasında günahkar məhz Xaçaturyan kimi adamlardır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO