Yaşar Əliyev: “Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir” - VİDEO

Yaşar Əliyev: “Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir” - VİDEO

Hazırda oxunan: Yaşar Əliyev: “Ermənistan humanitar yardım məsələsindən sui-istifadə edir” - VİDEO

149397

“Ermənistan humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Aclıq və münaqişələrin səbəb olduğu ərzaq problemi” mövzusunda açıq debatda çıxışında bildirib. 

“Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz pisniyyətli məqsədləri üçün sui-istifadə etmək üzrə ardıcıl səylərini qınayır.

Laçın sərhəd-keçid məntəqəsinin yaradılması hər hansı digər dövlətin öz sərhədlərinin təhlükəsizliyini və mühafizəsini təmin etmək, yolboyu insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək hüququ kimi Azərbaycanın danılmaz suveren hüququdur”, - o qeyd edib. 

Diplomat xatırladıb ki, cari ilin iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddialarını əsassız hesab edib, eyni zamanda bu ölkənin keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd edib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO