Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB

Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB

Hazırda oxunan: Milli Məclis hökumətin hesabatını qəbul etdi - YENİLƏNİB

14883

Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı qəbul edilib.

Bizim.Media-nın məlumatın görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Daha sonra deputatlar hökumətin ötənilki fəaliyyəti ilə bağlı fikirlər səsləndiriblər.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul olunub. 

***

“Hesabat ili ərzində hökumət üzvləri ilə Milli Məclis üzvləri arasında təmaslar daha da dərinləşdirilib”.

Bizim.Media məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazirin sözlərinə görə, hesabat ilində strateji layihələrin icrası sahəsində aparılan məqsədyönlü işlər davam etdirilib:
 
“Ötən ilin son günlərində TAP-ın istismara verilməsi tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya çatdırılmasını başladıb. Cənub Qaz Dəhlizi Avropa ölkələri ilə yeni əməkdaşlığın təməlini qoyur. Dünya Bankının “Doing business” hesabatında Azərbaycan yüksək yerdədir”.

Ə.Əsədov pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərə də diqqət çəkib:

“Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilib. Ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması istiqamətində tədbirlər görülüb”.

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilib.  İclasda hökumət üzvləri də iştirak edir.

Bizim.Media-nın məlumatına görə, hesabatı Baş nazir Əli Əsədov təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası başladı - Gündəlikdə nələr var?


Daha sonra isə hesabat deputatların müzakirəsinə çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO