Britaniyanın Dövlət naziri: “Mülki şəxslərə hücum yolverilməzdir”

Britaniyanın Dövlət naziri: “Mülki şəxslərə hücum yolverilməzdir”

Hazırda oxunan: Britaniyanın Dövlət naziri: “Mülki şəxslərə hücum yolverilməzdir”

1487

Oktyabrın 28-də Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirib.

Nazir Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu deyib. C.Bayramov Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğulayıb.

Vendy Morton isə öz növbəsində mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirib. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO