“İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.
Bizim.Media Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu fikri İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Əraqçi Ermənistanın Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş dinc insanların ölümünə görə Azərbaycan xalqına və dövlət başçısı İlham Əliyevə başsağlığı verib.
İranın Xarici İşlər nazirinin müavini son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələrə də toxunub.
“İşğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm”.
Bizim.Media