“Çin Qarabağın iqtisadi zonaya çevrilməsini istəyir” – Toqquşan maraqlar

“Çin Qarabağın iqtisadi zonaya çevrilməsini istəyir” – Toqquşan maraqlar

Hazırda oxunan: “Çin Qarabağın iqtisadi zonaya çevrilməsini istəyir” – Toqquşan maraqlar

14824

“44 günlük savaşdakı qələbədən öncə də Bakı müxtəlif tranzit layihələrində öncüllüyü ələ almağa çalışırdı. Azərbaycan həm Şərq-Qərb Nəqliyyat dəhlizi, həm də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yeni logistik imkanların yaradılması ilə bağlı müəyyən işlər görüb.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti uzun illər ləngisə də, istifadəyə veridi. Azərbaycan burada əsas donor rolunu oynayır.

İndiki dönəmdə Qarabağ münaqişəsinin böyük ölçüdə hərbi qələbə ilə başa çatdığını nəzərə alaraq və yeni koridorların açılma imkanlarını görərək, yəni söhbət Mehridən gedir. Bu dəhlizin açılması gələcəkdə Avropanın Türkiyə vasitəsilə Azərbaycan, işğaldan azad olunan torpaqlar üzərindən Orta Asiyaya çıxşını da asanlaşdırır”.

Bu sözləri Bizim.Media ilə dialoq zamanı iqtisadçı Natiq Cəfərli söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağın mina xəritəsini kim oğurlayıb? – Məğlubiyyətin “HALO Trust” sığortası  


Qarabağın iqtisadi zona olması baxımından “Dostluq” yatağını da əhəmiyyətli faktor adlandıran iqtisadçı bildirdi ki, bölgə logistik mərkəzə çevrilə bilər və burada Azərbaycan-Türkmənistan əlaqələrinin rolu böyükdür:

“Ona görə də yeni yataqla (Dostluq) bağlı bütün qanunvericilik aktlarının, tələblərin yerinə yetirilməsi, müqavilələrin bağlanması həm Transxəzər koridorunun açılmasına, həm də yeni enerji – Türkmənistanın enerji mənbələrinin Azərbaycan üzərindən Avropaya daşınması nöqteyi-nəzərindən də kifayət qədər geniş perspektivlər yaradır. 

Və işğaldan azad olunan torpaqlarda qurulacaq yeni infrastruktur logistikanın həm sürətini artıracaq, həm də qiymətini ucuzlaşdıracaq.


Türkiyənin Orta Asiya respublikaları ilə böyük iqtisadi əlaqələrinin mövcudluğunu, Avropa ölkələrinin də ora marağının olduğunu nəzərə alaraq yeni bir dəhlizin açılması Azərbaycanın regionda logistik mərkəzə çevrilməsi yönündə atdığı addımların daha  da möhkəmlənməsinə səbəb ola bilər. 

Söhbət təkcə dəmiryolu, avtomobil yollarından getmir, çünki magistrallar boyunca yeni infrastrukturlar yaranacaq. Yeni xidmət sahələri formalaşacaq. Bu da Azərbaycan ərazisində yeni iş yerlərinin yaranması deməkdir”.

Bəzi yerli və əcnəbi siyasətçilərin fikrincə, Qarabağın iqtisadi zonaya çevrilməsində Çin də maraqlıdır. Bu haqda nə düşünürsünüz?

“Bəli, Çin bunu əslində Şərq-Qərb dəhlizinin tərkib hissəsi kimi düşünür. Təbii ki, Çinin maraqları var.
 

Pekinin hətta Gürcüstanda əlavə infrastruktur yatırımları da mövcuddur. Bölgəmizlə bağlı kifayət qədər maraqlıdırlar. Çünki Çin bölgəmizi, əsasən də Azərbaycan və Gürcüstanı Avropaya açılan qapı kimi görür. 


Çin dünyada ən böyük ixracatçı dövlətlərdən biri, bəzi hallarda isə birincisidir. Buna görə də Pekinin yeni marşrutlar, logistik magistrallarda marağı var”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO