“Azərbaycan Bərdə şəhərində baş verənlər də daxil olmaqla, Azərbaycanın dinc əhalisinə qarşı müharibə cinayətlərinə cavabdeh olanların məsuliyyətə cəlb olunaraq ədalət qarşısına çıxarılması üçün əlindən gələni edəcəkdir!”
Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov özünün “Twitter” hesabında yazıb.
“Allah günahsız mülki şəxslərin ruhunu şad etsin”, - deyə nazir vurğulayıb.
Bizim.Media