Prezidentdən Qərb mətbuatı ilə bağlı sərt TƏNQİD - VİDEO

Prezidentdən Qərb mətbuatı ilə bağlı sərt TƏNQİD - VİDEO

Hazırda oxunan: Prezidentdən Qərb mətbuatı ilə bağlı sərt TƏNQİD - VİDEO

147749

"Vətən müharibəsi zamanı müsahibə verdiyim Qərb jurnalistlərinin əksəriyyəti çox aqressiv idi və Azərbaycanı təcavüzkar kimi təsvir etməyə çalışırdılar". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Çin mətbuatına MÜSAHİBƏSİ


“Ərazilərimizi azad etdikdə, ərazi bütövlüyümüz uğrunda vuruşduqda, biz digər ölkənin ərazisinə addım da atmadıq. Biz, sadəcə, üzləşdiyimiz 30 illik işğalın və etnik təmizləmənin nəticələrini aradan qaldırırdıq”, - deyən dövlət başçısı əlavə edib ki, Qərb jurnalistləri Azərbaycanı təcavüzkar kimi qələmə verməyə çalışırdılar və əlbəttə, bu, tamamilə qəbuledilməz idi. Bütün bunlar Qərb mətbuatının qərəzli, qeyri-tarazlı və anti-Azərbaycan yanaşmasını nümayiş etdirdi. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO