Qırğız ekspert: “İlham Əliyev düzgün siyasi kursla irəliləyir”

Qırğız ekspert: “İlham Əliyev düzgün siyasi kursla irəliləyir”

Hazırda oxunan: Qırğız ekspert: “İlham Əliyev düzgün siyasi kursla irəliləyir”

147440

“Şuşa Qlobal Media Forumu çox vacibdir və vaxtında keçirilib. Ümid edirəm ki, Prezident İlham Əliyevin dediyi kimi, Forum, hər il keçiriləcək. Çünki bu, Azərbaycan, xüsusilə də işğaldan azad olunmuş ərazilərin bərpasında potensialın gələcək nümayişi üçün mühüm əhəmiyyət kəsb edir. Burada, demək olar ki, dünyanın hər yerindən kütləvi informasiya vasitələrinin nümayəndələri toplaşıb. Bu, Azərbaycanın istiqamətləndiyi real məqsədi göstərmək üçün böyük rol oynayır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Qırğızıstanın media eksperti Kubanıçbek Taabaldiyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında söyləyib. 

Prezident İlham Əliyevin düzgün siyasi kursla irəlilədiyini deyən ekspert qeyd edib:

İndi bunu artıq bütün dünya etiraf edir və nəticədə bu, Azərbaycanın nüfuzunu dünyada daha da yüksək səviyyəyə qaldıracaq.

Gələn il belə bir Forumda, indi gördüyümüz müasir nəticələrə nail olma anından başlayaraq bütün dünyaya Azərbaycanın real uğurlarını göstərəcək bütün kütləvi informasiya vasitələrinin təmsil olunacağına, ola bilsin ki, bundan da geniş tərkibdə görüşəcəyimizə ümid edirəm”. 
O bildirib ki, Şuşa ən birinci uğuru nümayiş etdirəcək. Çünki Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın bütün dünyaya nümunə olacaq belə bir yüksək səviyyəyə nə dərəcədə çıxa biləcəyini göstərmək üçün bu ərazilərə çox böyük vəsait sərf olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO