Prezidentdən sosial mediadan istifadə etməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Prezidentdən sosial mediadan istifadə etməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Prezidentdən sosial mediadan istifadə etməsi ilə bağlı AÇIQLAMA - VİDEO

147377

“Mən ölkəmizin həyatı ilə bağlı çox mühüm məsələləri sosial mediadan öyrənirəm. Və media ilə təmaslarımda mən həmişə deyirdim ki, siz mənim gündəlik işimdə mənə yardımçı olursunuz. Çünki hər bir prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə də, Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir və istənilən yaxşı və pis xəbərə hazır olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: "Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq" - VİDEO


“Eyni zamanda fəaliyyətin miqyası o qədər böyükdür ki, bəzən görürsünüz ki, cəmiyyətin məğzini hiss etməmək olur. Lakin cəmiyyətin məğzini hər zaman hiss etmək lazımdır. Mən ölkədə səyahət edirəm, insanlarla görüşürəm və təbii ki, sosial mediadan istifadə edirəm.

Azərbaycanda baş verən və mənə məruz edilməmiş bir çox hadisələri, istər bürokratik maneələr, istər bilərəkdən mənə məruzə edilməyən müəyyən məsələlər olub, yaxud da mən digər məsələlərlə məşğul olmuşam. Nəvələrim hətta mənə müəyyən məlumatlar verirlər. Mən özüm də sosial mediadan istifadə edirəm”, - deyə dövlət başçısı əlavə edib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO