Prezident:

Prezident: "Ermənistan qəbul edib ki, Qarabağ Azərbaycandır və artıq sənədə imza atmaq mərhələsidir"

Hazırda oxunan: Prezident: "Ermənistan qəbul edib ki, Qarabağ Azərbaycandır və artıq sənədə imza atmaq mərhələsidir"

147372

"Hazırda üç beynəlxalq tərəf var ki, bu prosesə (Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə - red.) dəstək olurlar - ABŞ, Rusiya və Avropa İttifaqı. Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur". 

Bizim.Media xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şuşa Qlobal Media Forumunda çıxış EDİR – CANLI


“Düşünürəm ki, Ermənistan son bir addım atmalıdır. Onlar artıq müharibədən sonra bir sıra addımlar atıblar və mən deməzim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam olub.

Onlar Ermənistana birbaşa nümayiş etdirdi ki, onlar bizim ərazim bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun onlar üçün nə məna daşıdığı kifayət qədər aydındır. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır, bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Bu, sırf mühüm sonuncu məqamdır”, - deyə dövlətimizin başçısı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO