“Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük”.
Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Şuşa Qlobal Media Forumunda çıxış EDİR – CANLI
“Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”,- deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir.
“Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk”, - deyə Prezident əlavə edib.
Bizim.Media