“İrəvan gec-tez Bakının şərtləri ilə sülh müqaviləsini imzalayacaq” – Yevgeni Mixaylovdan AÇIQLAMA 

“İrəvan gec-tez Bakının şərtləri ilə sülh müqaviləsini imzalayacaq” – Yevgeni Mixaylovdan AÇIQLAMA 

Hazırda oxunan: “İrəvan gec-tez Bakının şərtləri ilə sülh müqaviləsini imzalayacaq” – Yevgeni Mixaylovdan AÇIQLAMA 

146344

“Azərbaycan və Ermənistan liderləri arasında Brüssel danışıqlarından qlobal irəliləyişlər gözləmirəm. Azərbaycan Prezidentinin Ermənistana qarşı ritorikasını son günlər yumşaltması yalnız İlham Əliyevin parlaq diplomat olmasından xəbər verir. O, dönə-dönə qeyd edir ki, rəsmi İrəvan Qarabağı Azərbaycan kimi tanıyır. Bu da o deməkdir Bakının təklif etdiyi prinsiplər əsasında İrəvan gec-tez sülh müqaviləsi imzalamağa razılaşacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov  "Moskva-Baku.ru"ya müsahibəsində deyib. 

O bildirib ki, Moskva münaqişənin sülh yolu ilə, yekun həllində maraqlıdır: 

“Nəzərə almağa dəyər ki, Rusiya Federasiyası vəziyyətdən daim xəbərdardır. İstənilən halda danışıqlar prosesində hələ də razılıq əldə olunmayan məqamlar çoxdur. Təbii ki, mən gələcəkdə bu məqamlarla bağlı Rusiyanın roluna daha çox inanıram. Azərbaycan Moskvada sülh müqaviləsi imzalanmasının əleyhinə deyil, biz müttəfiqik.  

Amma İrəvan “yorğanı özünə çəkir”. Ən pisi də odur ki, rəsmi İrəvan problemi daha çox Qərb müstəvisinə çıxartmaq və erməni diasporunun maraqlarına yardım etmək istəyir. Mən rəsmi Bakının mövqeyini başa düşürəm. Azərbaycan üçün indi əsas olan nəticə əldə etməkdir. Bunun hansı platformada olmasının fərqi yoxdur. Çünki Ermənistanla münasibətlərin  normallaşması Azərbaycanın milli maraqlarına uyğundur.  
Fikrimcə, elə Brüssel danışıqlarında da Azərbaycanın milli maraqlarına əməl olunacaq və ilkin olaraq Moskvanın yaxından nəzarəti altında İrəvanın imzaladığı bütün müqavilələrə əməl olunacaq. Bununla belə, Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalı azdır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO