Baş nazirin müavini Şahin Mustafayev iyulun 11-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Quo Min ilə görüşüb.
Bizim.Media Nazirlər Kabinetindən verilən məlumata istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin görüşdə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının cari ilin sonunadək Çində keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:25 / 11.07.2023
Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLƏCƏK
Hazırda oxunan: Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLƏCƏK
Hazırda oxunan: Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının iclası KEÇİRİLƏCƏK
145647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.