“Azərbaycan Qarabağda əməliyyatlara başlaya bilər” – Vitali Arkovdan ÖZƏL AÇIQLAMA

“Azərbaycan Qarabağda əməliyyatlara başlaya bilər” – Vitali Arkovdan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycan Qarabağda əməliyyatlara başlaya bilər” – Vitali Arkovdan ÖZƏL AÇIQLAMA

145502

“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın mayın 12-də verdiyi “Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğu və bütün Azərbaycan Silahlı Qüvvələrinin Laçın yolundan çıxarılması tələbi” ilə bağlı vəsatətini rədd edib. Bu Ədalət Məhkəməsi tərəfindən atılan ən düzgün addımdır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Azərbaycanla sülh sazişinə heç zaman sadiq qalmayacaq”- Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA


Politoloq qeyd edib ki, Laçın Azərbaycan ərazisi olduğundan, rəsmi Bakı ərazidə istədiyi qanunları qoymaqda tam hüquqlu əsaslara sahibdir:

“Laçın rayonu Azərbaycanın ayrılmaz hissəsidir. Buradan keçən humanitar dəhlizin ərazi statusu yoxdur. Ona görə də, Bakının dəhlizin humanitar yönümünü saxlamaq və Qarabağa “materik” Ermənistandan yeni silahların verilməsi cəhdlərinin qarşısını almaq üçün keçid məntəqələri yerləşdirməyə tam hüququ var. 

Yeri gəlmişkən, Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın Sünik rayonu ərazisindən açılması nəzərdə tutulan Zəngəzur dəhlizində İrəvanın da analoji keçid məntəqələri quraşdırmaq hüququ var. Lakin Ermənistan tərəfi hətta Azərbaycanın belə yaxşı təşəbbüslərini nəzərə alaraq, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrasını hər cür ləngidir. Bu, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasını nəzərdə tutur”, - deyə V.Arkov qeyd edib.

Revanşistlərin aktivləşməsinə diqqət çəkən Arkov, Azərbaycanın Qarabağda hərbi əməliyatlar keçirəcəyini də istisna etmir:

“Azərbaycan Ordusunun hələ də orada qalan qeyri-qanuni silahlı birləşmələrin nümayəndələrini Qarabağ ərazisindən sıxışdırıb çıxarmaq üçün hərbi əməliyyat keçirməsi məsələsinə gəlincə, qeyd edilməlidir ki, bu, istər-istəməz regionda eskalasiyanın yeni raunduna, hətta eskalasiyaya gətirib çıxaracaq. Bu, tərəflərdən hər birinin yeni qurbanları ilə Azərbaycan və Ermənistan arasında tammiqyaslı hərbi əməliyyatların mümkün bərpası deməkdir. Hansı ki, sonda həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinin mütərəqqi əksəriyyətinin gözlədiyi regionda sülhün bərpasına və mehriban qonşuluğun bərpasına töhfə verməyəcək”.

Azərbaycanla Ermənistan arasında tam sülh olmadığından rus sülhməramlı kontingentinin növbəti 5 il üçün də ərazidə qalmasının vacibliyini qeyd edən politoloq, hadisələrin fərqli məcrada cərəyan edə biləcəyini də mümkün hesab edir:

“Vəziyyətin mürəkkəbliyi və erməni generallar arasında müəyyən revanşist ideyaların davam etməsi Ermənistan-Azərbaycan münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin mandatının 2025-ci ildən sonra uzadılmasını zəruri edir. Rusiya missiyasının yüksək səmərəliliyi Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən mütəmadi olaraq qeyd edilir. Erməni tərəfi isə Qərb tərəfdaşlarının maraqları naminə vaxtaşırı təsdiqini tapmayan iddialarla çıxış edir”, - deyə V.Arkov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO