Qarabağın mina xəritəsini kim oğurlayıb? – Məğlubiyyətin “HALO Trust” sığortası  

Qarabağın mina xəritəsini kim oğurlayıb? – Məğlubiyyətin “HALO Trust” sığortası  

Hazırda oxunan: Qarabağın mina xəritəsini kim oğurlayıb? – Məğlubiyyətin “HALO Trust” sığortası  

14522

“HALO Trust” şirkəti Azərbaycanla yox, Ermənistan ilə on illərdir ki, əməkdaşlıq edir. Onlar Ermənistan diasporu vasitəsilə müxtəlif xarici ölkələrdən, o cümlədən də ABŞ-dan minatəmizləmə adı altında ciddi vəsaitlər əldə ediblər.

Üstəgəl, Ermənistanda bu minatəmizləmə fəaliyyətləri üçün heyətlərin yetişdirilməsində də Britaniya şirkətinin işi az olmayıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev səsləndirdi. Hərbi ekspert bidirdi ki, “HALO Trust”da minaların xəritələri olubsa belə, bunun Azərbaycana verilməsi real səslənmir.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər yalançı mina xəritələri də təqdim edə bilərlər – Hərbi ekspert


Yerigəlmişkən, ABŞ-ın Yerevandakı səfiri Linn Treysi keçən ilin yayında jurnalistlərə verdiyi açıqlamada bildirib ki, “HALO” proqramı çərçivəsində işğal altında olan Qarabağa 17 milyon dollar məbləğində maliyyə yardımı göstərilib. Yəni, 2000-ci ildə başlayaraq düz 20 ildir ki, “HALO Trust” emənilərlə işləyib.

Amma erməni mətbuatı Britaniya şirkəti tərəfindən mina xəritələrinin Azərbaycana yox, Türkiyəyə verilməsini iddia edir...

“Həmin xəritələrin Türkiyəyə ötürülməsi erməni iddiasıdır. Hələki bunu isbatlayacaq heç bir dəlilləri yoxdur. Bütün bunlar heç bir sənəd və sübuta söykənməyən iddialardır. İkincisi də ki, bu xəritələrin verilməsi beynəlxalq hüquqa zidd deyil. 

Çünki insanların həyatına təhlükə olan piyada əleyhinə minalar qadağan olunan silah növüdür”.

İnformasiyanı qondarma rejimin “nümayəndə”si Boris Avaqyan yayıb. Ermənilər bununla sanki özlərinin saxta döyüş miflərini bərpa etmək istəyirlər. Guya ki, bu xəritələr Bakının əlində olmasa idi, onlar müharibəni qazanacaqdılar!?

 

“Müharibənin ilk gününüdə Azərbaycan 20 kilometr ərazidə düşmən cəbhəsini yarıb. Bir kilometr yox, ermənilərin müdafiə xətti 20 kilometr ərazidə yarılıb. Bundan başqa, Azərbaycan strateji yüksəkliklərdə yerləşən Ermənistan ordusunu məhv edərək oradan çıxmağa məcbur edib. 


Sual oluna bilər ki, əgər sırf “HALO Trust”ın verdiyi xəritə əsasında müharibənin qazanılması mümkün idisə, niyə “savaşın taleyini PUA (pilotsuz uçuş aparatı) və xüsusi təyinatlılar həll etdi” iddiası ortaya çıxır? Azərbaycan hədəflərin əksəriyyətini pilotsuz uçuş aparatları ilə məhv edib.

Minaların zərərsizləşdirilməsində isə PUA-ların rolu yoxdur. Buna görə də ermənilərin yaydığı məlumat sadəcə bir iddiadır. Altı boş olan bir iddia....”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO