Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ - FOTO/VİDEO

Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ - FOTO/VİDEO

145022

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verib.

Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 


























Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO