Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına əngəl olması Haaqada kəskin tənqid EDİLDİ - FOTO

Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına əngəl olması Haaqada kəskin tənqid EDİLDİ - FOTO

Hazırda oxunan: Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına əngəl olması Haaqada kəskin tənqid EDİLDİ - FOTO

144830

“Əvvəllər Avropa İttifaqı faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın inhisarında idi. Ona görə də Aİ-nin fəaliyyətinin nəticəsi sıfıra yaxın idi. Daha da pisi o idi ki, bu vasitəçilik nəinki sülhə gətirib çıxarmadı, əksinə Ermənistanın işğalçı siyasətinə göz yumdu və Azərbaycan ərazilərinin Ermənistana ilhaqına açıq şəkildə meydan verdi. Bu yanlış və yarıtmaz siyasət son nəticədə müharibəyə səbəb oldu”.

Bizim.Media “Qafqaz Bürosu” telekanalına istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov ötən gün Haaqada keçirilən “Cənubi Qafqaz və Aİ” konfransında müzakirələr zamanı deyib. 

Aİ-nin region üzrə xüsusi nümayəndələrinin, Brüsseldən yüksək səviyyəli rəsmilərin, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomat və ekspertlərin iştirak etdiyi konfransda Elşad İsgəndərov bildirib ki, Bakı Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində mövcud vasitəçilik missiyasını vasitəçi kimi müsbət qiymətləndirir:
“Tamamilə uğurlu olmaq üçün bu missiya keçmişin səhvlərini nəzərə almalıdır. Bu yanaşma mövcud rellıqlara və yeni dövrün çağırışlarına əsaslanmalıdır. Ən əsası,  vasitəçi özünün qərəzsiz və obyektiv mövqeyini saxlamalıdır”.

Səfir Elşad İsgəndərov tədbir zamanı Ermənistanın “Mülki Müqavilə” partiyasının keçmiş deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını “Azərbaycanın ermənilərə qarşı etnik təmizləmə siyasəti” kimi təqdim etmək cəhdlərinə də qətiyyətli cavab verib:

"Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra biz də erməni azlığına humanist və sivil münasibət göstərdik. Bir neçə həftə ərzində etnik ermənilər 30 ildən artıq məcburi şəkildə təcrid şəraitində qaldıqları Azərbaycan hakimiyyətinin nümayəndələri ilə təmasda olublar. Və ötən dövr ərzində NBM keçən ermənilərlə Azərbaycan müvafiq qurumlarının əməkdaşları arasında heç bir anlaşılmazlıq olmayıb.

Hesab edirik ki, bu cür təmaslar iki xalq arasında qarşılıqlı inam və etibar üçün çox yaxşı nümunə və başlanğıcdır”.

Azərbaycan rəsmisi təəssüflə qeyd edib ki, Ermənistandan atılan snayper gülləsi təkcə Azərbaycan sərhədçisinə deyil, həm də erməni azlığının Bakı ilə dialoquna yönəldi:

“Baxmayaraq ki, gedən real proseslər Ayrapetyan kimilərin "etnik zəmində təmizləmə prosesləri" haqqında irəli sürdüyü yalan iddiaları inkar və məhv edir”.




Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO