İşğal bitsə də, ermənilərin qurduğu tələlər BİTMİR... – FOTO 

İşğal bitsə də, ermənilərin qurduğu tələlər BİTMİR... – FOTO 

Hazırda oxunan: İşğal bitsə də, ermənilərin qurduğu tələlər BİTMİR... – FOTO 

144741

Ermənistan ordusu uzun illər işğal altında saxladığı ərazilərdə möhkəmləndirdiyi müdafiə sədlərində heç bir hərbi normativə uyğun olmayan tələlər qurub. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə baxış keçirilən zaman qoşunların keçmiş qarşıdurma xəttində düşmənin müdafiə eşalonlarında yeni hiylələrə rast gəlmək olur. 

Hansı ki, heç bir hərbi normaya uyğun hesab edilməyən tələlər baş tutacağı təqdirdə böyük faciələrə yol aça bilərdi.

Həmin tələlərdən biri müdafiə eşalonlarından birində, tel maneələrinin arasında müəyyən məsafələrdə düzülmüş aviabombalardır. Ağdam rayonu istiqamətində rast gəlinən tələ əsasən bu istiqamətdə Azərbaycan ordusunun hücumun qarşısını almağa hesablanıb. 

Vətən müharibəsi qazisi, silahlı qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Əhməd Şərifov deyir ki, düşmənin ən ciddi cəhdlə müdafiə təşkil etdiyi Ağdam istiqamətində düşmən heç bir hərbi normativə məhəl qoymayıb: 
"Bu istiqamətdə düşmən hərbçiləri mühəndis maneələrindən çox tələlər qurub. Bizim şəxsi heyyətə maksimum itki verdirmək üçün sürpriz tələlərdi. Hər şeyin öz ölçüsü, öz qaydaları olduğu kimi mühəndis qurğularının da öz düzülmə qaydası, əmsalı var. Ancaq bunlar tələb olunan əmsalda, yazılan qaydadan bəlkə də on dəfə artıq maneələr düzüblər". 

Minalar, tel maneələri və onları izləyən dərin xəndəklərlə yanaşı aviabombaların da olması düşmənin amansızlığı ilə yanaşı hiyləgərliyindən də xəbər verir: 

"İkinci və üçüncü eşalonlun arasında qoyulmuş aviabombalar və onun ətrafına düzülmüş çoxsaylı minaatan mərmiləri heç bir hərb elminə məlum olmayan tələdir. Əgər hücum istiqaməti buradan olsaydı, həmin mərmilərin partlayışı nəticəsində hücuma qoşulan şəxsi heyyətin 90 faizi həlak olacaqdı", deyir, Polkovnik-leytenant Əhməd Şərifov. 

Məhz elə vaxtında görülən tədbirlər, Ali Baş Komandanın tam nəzarəti ilə hücum istiqamətinin düzgün seçilməsi, həm döyüş itkilərini minumuma endirdi, həm də qələbəyə aparan yolu qısaltdı...

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO