"Biz Azərbaycanın təhlükəsizliyini həm öz təhlükəsizliyimiz, həm də regionun təhlükəsizliyi hesab edirik".
Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Hüseyn Əmir Abdullahiyan jurnalistlərə açıqlamasında bildirib.
O, bu gün Prezident İlham Əliyev tərəfindən qəbul edilən zaman Azərbaycanın Tehrandakı səfirliyinə hücuma da toxunduqlarını qeyd edib.
“Mən bəyan etdim ki, biz bu insidentdən hiddətlənmişik və təəssüflənmişik. Azərbaycanla razılaşdırdıq ki, biz bu insidentlə bağlı prosesi tezliklə yekunlaşdıraq. Bu cinayəti törədən şəxs ağır şəkildə cəzalanacaq və məsuliyyətə cəlb olunacaq”, - o qeyd edib.
Nazir onu da qeyd edib ki, diplomatik korpusun təhlükəsizliyi ilə bağlı hər hansısa bir qurumun və şəxsin qüsuru varsa və bu isbat olunacaqsa, onlar da öz cəzalarını alacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 05.07.2023
“Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək” - İran XİN başçısı
Hazırda oxunan: “Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək” - İran XİN başçısı
Hazırda oxunan: “Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək” - İran XİN başçısı
144732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.