Separatçılar hətta üçüncü ölkədə də Bakı ilə danışmaqdan qorxur

Separatçılar hətta üçüncü ölkədə də Bakı ilə danışmaqdan qorxur

Hazırda oxunan: Separatçılar hətta üçüncü ölkədə də Bakı ilə danışmaqdan qorxur

144473

“Keçən ay üçüncü ölkənin ərazisində Xankəndi-Bakı formatında görüşmək imkanı olub, lakin görüş baş tutmayıb”.

Bizim.Media xəbər verir ki, bunu Qarabağdakı qondarma “Azad Vətən” fraksiyasının rəhbəri Artur Arutyunyan deyib.

Onun sözlərinə görə, Xankəndi Bakı ilə birbaşa dialoq üçün belə bir təklif almışdı:

"Bu görüş Amerika tərəfinin vasitəçiliyi ilə keçirilməli idi. Lakin Xankəndi gündəmdə duran reinteqrasiya məsələlərindən narahat oldu. Bu baxımdan görüş baş tutmadı", - deyə Arutyunyan bildirib.

Xatırladaq ki, Azərbaycan Prezident Administrasiyası reinteqrasiya ilə bağlı təmasları davam etdirmək, o cümlədən Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün dəfələrlə Qarabağın erməni icmasının nümayəndələrini görüşə dəvət edib. Qeyd edək ki, bu görüş Bakıda keçirməli idi.
Separatçılar isə görüşün Bakıda deyil, sülhməramlıların qərargahında, sonra isə “beynəlxalq vasitəçilərin” iştirakı ilə keçirilməsini tələb ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO