Türkiyə rəsmisindən Fransada AzTV əməkdaşlarına qarşı hücuma kəskin ETİRAZ

Türkiyə rəsmisindən Fransada AzTV əməkdaşlarına qarşı hücuma kəskin ETİRAZ

Hazırda oxunan: Türkiyə rəsmisindən Fransada AzTV əməkdaşlarına qarşı hücuma kəskin ETİRAZ

143894

“Fransada Azərbaycanın rəsmi dövlət televiziyası olan AZTV-nin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qaldıqlarını üzüntü ilə öyrəndik".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun “Tviter” hesabında yazıb.

"Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən nüfuzunu itirdiyini ortaya qoyan mətbuat və məlumat azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik.

Biz gözləyirik ki, Fransa rəsmiləri və hüquq-mühafizə orqanları hücumun səbəbkarlarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəklər.

Mən də Azərbaycan Prezidentinin köməkçisi, hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Hücum nəticəsində yaralanan azərbaycanlı jurnalist qardaşlarımıza tezliklə şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram", - deyə F.Altun qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO