Fransa səfiri Azərbaycan XİN-ə çağrıldı – Rəsmi Bakı cavab tələb edir

Fransa səfiri Azərbaycan XİN-ə çağrıldı – Rəsmi Bakı cavab tələb edir

Hazırda oxunan: Fransa səfiri Azərbaycan XİN-ə çağrıldı – Rəsmi Bakı cavab tələb edir

143870

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media Azərbaycan XİN-ə istinadən xəbər verir ki, ondan son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin  Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxan  açıqlamalarla bağlı izahat verilməsi istənilib. 

MÖVZU İLƏ BAĞLI:

Fransada AzTV əməkdaşlarına HÜCUM: Yaralananlar var - VİDEO


Səfirin diqqətinə çatdırılıb ki, Fransa tərəfi Makronun adından verilən bu açıqlamalara aydınlıq gətirməlidir. 

Belə ki, Daşnaksütun və erməni lobbisinin nümayəndələri mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu,  bu  fəallığını daha da  artıracağını və s. fikirlər səsləndiriblər. 

Səfir cavabında bu məsələdən məlumatsız olduğunu bildirilib. 

Azərbaycan tərəfi rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO