Aİ-nin Ermənistandakı missiyası Həkəri körpüsünə BAŞ ÇƏKDİ - FOTO

Aİ-nin Ermənistandakı missiyası Həkəri körpüsünə BAŞ ÇƏKDİ - FOTO

Hazırda oxunan: Aİ-nin Ermənistandakı missiyası Həkəri körpüsünə BAŞ ÇƏKDİ - FOTO

142710

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyası və Avropa Parlamentinin (AP) deputatları Azərbaycan-Ermənistan sərhədinin Həkəri körpüsü yaxınlığındakı hissəsinə baş çəkiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyası “Twitter“də yazıb. 

Bildirilib ki, Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin rəhbəri Natali Loiseau Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı əraziyə baş çəkiblər. 

Onlar bu yaxınlarda silahlı insident baş verən yerdə avropalı müşahidəçilərin işi ilə tanış olublar. 

Xatırladaq ki, 15 iyun tarixində hərbçilərimiz ölkəmizin suveren ərazisi olan Həkəri körpüsündə Azərbaycan bayrağını ucaldıb və bu zaman Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb, bir hərbçimiz yaralanıb. 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO