İlham Əliyevin Şuşa ilə bağlı Paşinyana SƏRT TƏLƏBİ

İlham Əliyevin Şuşa ilə bağlı Paşinyana SƏRT TƏLƏBİ

Hazırda oxunan: İlham Əliyevin Şuşa ilə bağlı Paşinyana SƏRT TƏLƏBİ

142348

“2020-ci il oktyabrın 1-də günorta saatlarında Putinlə telefon danışığım oldu və o, təsdiqlədi ki, Rusiyanın illər əvvəl hazırladığı plan əsasında müharibəni dayandırmağa cəhd etmək olar.

Şərtlər belədir: 5+2 düsturuna əsasən 7 rayon geri qaytarılır, Laçın dəhlizi boyu Qarabağla Ermənistan arasında kommunikasiyanın təmin edilməsi məsələsi həll edilir, Qarabağa Rusiya sülhməramlıları yerləşdirilir, Qarabağın statusu dəyişməz olaraq qalır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında səsləndirib.

"Axşam Putinə zəng edib dedim ki, bu şərtlərlə müharibəni dayandırmağa razıyam. Rusiya prezidenti dedi ki, İlham Əliyevlə danışacaq, mənə zəng edəcək. O zaman 2 rayon praktiki olaraq Azərbaycanın nəzarətində idi.

Ertəsi gün, səhər saatlarında Putin zəng edərək bunları çatdırdı:

“Azərbaycan 7 rayonun hamısının azad ediləcəyi təqdirdə müharibəni dayandırmağa razıdır. Və yeni tələb ortaya çıxdı: Azərbaycan Şuşadan olan azərbaycanlıların şəhərə qaytarılmasına zəmanət almaq istəyir. Çünki şəhər əhalisinin 90 faizini o vaxt azərbaycanlılar təşkil edib.

Bu bənd ortaya çıxanda soruşdum ki, mən hansı təminatları verməliyəm?  Bəyan etməliydim ki, azərbaycanlıların Şuşaya və Qarabağın digər yaşayış məntəqələrinə qayıtmasına razıyam. Putin təklif etdi ki, Qarabağ azərbaycanlılarının qayıdışı Qarabağın statusunun müzakirəsi kontekstində müzakirə olunsun.
Razılaşdım, lakin Azərbaycan statusla bağlı heç nəyi müzakirə etmək fikrində olmadığını bildirərək bu təklifi rədd etdi. Üstəlik, təkcə Şuşaya deyil, bütün bölgəyə azərbaycanlıların birbaşa və maneəsiz girişi olmalıdır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO