Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı Facebook səhifəsində paylaşım edib.
"Qardaşımız, əziz dostumuz, qədim yol yoldaşımız olan Azərbaycanı 15 İyun Milli Qurtuluş günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını və sevgilərini çatdırıram", paylaşımda deyilir.
Bizim.Media