Bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən "Laçın" sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Atışma Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi zamanı həyata keçirilib. Atəşin üzbəüz yerləşən erməni postundan açıldığı deyilir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Caliber Telegram kanalı yayıb.
Mənbə yazır ki, nəticədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.
Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər.
Bu dəhşətli hadisə Ermənistan tərəfindən terrorizmin və təcavüzün açıq təzahürüdür.
Azərbaycanın "Laçın" sərhəd-keçid məntəqəsini qorumaq üçün kifayət qədər resursları var.
Amma görünən odur ki, sərhəd-keçid məntəqəsinin fasiləsiz fəaliyyəti düşməni ciddi narahat edir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:37 / 15.06.2023
Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı
Hazırda oxunan: Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı
Hazırda oxunan: Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı
141542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.