MN: Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

MN: Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

Hazırda oxunan: MN: Naxçıvan istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

141299

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar daxil olmaqla iriçaplı silahlardan və atəşə tutub.  

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO