Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafətində olduqca maraqlı məqam yaşanıb.
Bizim.Media xəbər verir ki, ziyafətdə “Duyanlara, duymayanlara” mahnısı səsləndirilib.
Sözügedən mahnı Rəcəb Tayyib Ərdoğanın sevimli mahnılarından sayılır və o şəxsən özü dəfələrlə bu il keçirdiyi seçkiöncəsi mitinqlərdə bu mahnını ifa edib.
Bizim.Media