Naxçıvan dəmir yolu xəttinin yenilənməsinin TARİXİ ƏHƏMİYYƏTİ – Elman Sadıqovun ŞƏRHİ 

Naxçıvan dəmir yolu xəttinin yenilənməsinin TARİXİ ƏHƏMİYYƏTİ – Elman Sadıqovun ŞƏRHİ 

Hazırda oxunan: Naxçıvan dəmir yolu xəttinin yenilənməsinin TARİXİ ƏHƏMİYYƏTİ – Elman Sadıqovun ŞƏRHİ 

140552

Prezident İlham Əliyevin ötən həftə imzaladığı Sərəncamla təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunun yenilənməsi nəzərdə tutulub. 

Dövlət Proqramının mahiyyəti barədə Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Elman Sadıqovun sözlərinə görə, bu proqramda ən vacib və ən praktik məsələlərdən biri, Naxçıvanın dəmiryol infrastrukturunun yenilənməsi məsələsidir:
 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvana ekoloji təhdid: Ermənistan Naxçıvanla sərhəddə zavod tikmək istəyir - VİDEO


“Bir sözlə, bu xətt Zəngəzur dəhlizinin tələblərinə cavab verməlidir. Belə ki, Zəngəzurdan keçəcək qatarlar həm iri həcmli və böyük, həm də nisbətən sürətli olacaq. Burada müasir tələblərə cavab verən yükdaşımalardan söhbət gedir ki, buna da istər Rusiyadan, istərsə də Orta Asiya ölkələrindən gələn yüklər aid ediləcək. Ona görə ki, onların hamısı Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar”. 

Kremlin bu məsələdəki marağının səbəbini açıqlayan ekspert qeyd edib ki, öz yüklərini Cənubi Qafqaz və bu dəhliz vasitəsilə Türkiyəyə çatdırmaq və onun vasitəsilə bir çox dövlətlərə çıxış əldə etmək istəyir: 

“Əslində, bu gün rusların Avropaya çıxışı hazırda Ukraynada gedən müharibə səbəbindən məhdudlaşıb. Rusiyanın hətta Belarus, Pribaltika və Moldova üzərindən də Avropaya çıxışı xeyli çətinləşib. Çünki, Belorusun da Avropa İttifaqı ilə münasibətləri gərginləşib. Moldova isə Rusiya ilə bağlı öz mövqeyini ortaya qoyub. 

Gələcəkdə də bu məhdudiyyətlərin aradan qaldırılıb-qaldırılmayacağı məlum olmadığı üçün, Kreml özünə yeni bazarlar axtarmağa məcbur qalıb. Bunlar isə əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Küveyt kimi varlı Körfəz, Yaxın Şərq və Afrika ölkələridir. Bu bazarlara çıxış Rusiyaya yeni imkanlar yaradacaq ki, bunu da Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən əldə edəcək”. 

Azərbaycanın Zəngəzur vasitəsilə Naxçıvan dəmir yolu xəttinin işə düşməsində maraqlı olduğunu söyləyən müsahibimiz fikrini belə əsaslandırdı ki, ölkəmiz də öz məhsullarını bu dəhlizlə Türkiyəyə, oradan da Avropaya, Körfəz və digər dövlətlərə çıxaracaq. 

E.Sadıqov Ermənistanın da bu dəhlizin və dəmir yolunun işə düşməsində maraqlı olduğunu diqqətə çatdırıb:

“Çünki, buradan keçən qatarlara öz vaqonlarını qoşmaqla, öz ixracını həyata keçirəcək, Türkiyə ilə ticarət əlaqəsini inkişaf etdirəcək, hətta Avropa və digər ölkələrə çıxa biləcək. Bütün bunlara vaxdıqda, Zəngəzur dəhlizində maraqlı olmayan dövlət İrandır. Gürcüstan da nisbətən maraqlı deyil. Hazırda bu ölkə Azərbaycanın bütün layihələrindən istifadə edir və Zəngəzur dəhlizi ilə Naxçıvan dəmir yolu xətti işə düşsə də, bunlar olduğu kimi qalacaq. Buna görə də rəsmi Tiflis elə də sərt mövqe nümayiş etdirmir və gələcəkdə də mövqeyini qoruyacaq”. 

Ekspert vurğulayıb ki, Naxçıvan dəmir yolu xətti bu gün çox mühümdür: 

“Əgər bir ölkənin daxilində dəmiryol xətləri beynəlxalq yükdaşıma tələblərinə cavab vermirsə, o zaman bütün marşrutlar risk altında qalacaq. Bu baxımdan da MR-nın dəmir yolu infrastrukturunun müasir tələblərə cavab verməsi çox vacibdir. Ən əsası isə bu xətlər elə bir vəziyyətdə olmalıdır ki, Türkiyənin dəmir yolu şəbəkəsi ilə birləşməsində problem yaşanmasın və fasiləsiz marşrut təmin olunsun. 

İnanıram ki, bu məsələ də öz həllini tapacaq, Çünki, bu xəttin yenilənərək işə düşməsi üçün həm azərbaycanlı, həm də türk dəmiryolu mütəxəssilərinin də öz müvafiq tövsiyələri olacaq.

Dövlət Proqramında da nəzərdə tutulduğu kimi, əsas məsələ bu dəmir yolu xətlərinin müasir infrastruktur tələblərinə və keyfiyyətlərinə cavab verməsidir. Bunun üçün də infrastuktur yenilənəcək və onun monitorinqi aparılacaq”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO