“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər - VİDEO

“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər - VİDEO

Hazırda oxunan: “Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər - VİDEO

140065

23 aprel 2023-cü ildə yaradılan “Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər yayılıb. 

Bizim.Media xəbər verir ki, videoda Qarabağ bölgəsinin etnik ermənilərindən olan Azərbaycan vətəndaşlarının - qadınların, uşaqların, kişilərin sərhədi keçərək (Xankəndi - Gorus istiqaməti) qeydiyyat pəncərəsi qarşısında növbədə durmaları əks olunub. 

Hər şey qarşılıqlı nəzakət mühitində baş verir, heç bir mənfi hal müşahidə edilmir, insanlar bir-biri ilə qorxusuz şəkildə ünsiyyət qururlar.

Yeri gəlmişkən, videoda kadra Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı da düşüb. Bu onu göstərir ki, sərhədçilərin işinə malların və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi prosedurunu təmin edəcək, gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirəcək Dövlət Gömrük Komitəsinin nümayəndələri də qoşulublar.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO