İlham Əliyev: “Görün biz kimləri qabaqlamışıq?”

İlham Əliyev: “Görün biz kimləri qabaqlamışıq?”

Hazırda oxunan: İlham Əliyev: “Görün biz kimləri qabaqlamışıq?”

13999

“Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq”.

Bizim.Media xəbər verir ki, Dövlət başçısı YAP-ın son qurultayında bu fikirləri səsləndirib.

İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyil:  


“Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik.

Mənə dünən məlumat verildi ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən 8 Mart təbriki


Mən demişəm bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları, yaxud da ki, ehtiyat fondları orada göstərilir.

Görün, biz kimləri qabaqlamışıq? Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq”.

Dövlət başçısı çıxışında onu da vurğulayıb ki, bütün bunların əsas amili daxili stabillik, möhkəm siyasi iradədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO