“Səfirliyimizin işinin bərpası üçün İran tərəfindən müraciət daxil olub” - Ceyhun Bayramov 

“Səfirliyimizin işinin bərpası üçün İran tərəfindən müraciət daxil olub” - Ceyhun Bayramov 

Hazırda oxunan: “Səfirliyimizin işinin bərpası üçün İran tərəfindən müraciət daxil olub” - Ceyhun Bayramov 

139765

“Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub”. 

Bizim.Media xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. 

“Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işi davam edir. ”,- deyə nazir əlavə edib. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hadisədən sonra Azərbaycanın İrandakı səfirliyi diplomatik fəaliyyətini tamamilə dayandırıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO