“Azərbaycan separatçı rejimi silah gücünə ləğv edəcək” – Ruslan Şevçenko ilə ÖZƏL MÜSAHİBƏ

“Azərbaycan separatçı rejimi silah gücünə ləğv edəcək” – Ruslan Şevçenko ilə ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: “Azərbaycan separatçı rejimi silah gücünə ləğv edəcək” – Ruslan Şevçenko ilə ÖZƏL MÜSAHİBƏ

139394

“Son seçim üçün yerli ermənilərə ayrılan vaxt daralır. Odur ki, əgər erməni tərəfi bu məsələnin həllini çox gecikdirsə, o zaman Qarabağ ermənilərinin hüquqlarını tənzimləyən, təhlükəsizliyini təmin edən heç bir razılaşma ümumiyyətlə ortaya çıxa bilməz. Azərbaycan sadəcə olaraq Qarabağdakı qondarma rejimi silah gücünə ləğv edəcək və bu mövzunu həmişəlik bağlayacaq”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Moldovanın tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenko deyib.

Azərbaycan və Ermənistan liderlərinin Kişineu görüşünü şərh edən analitik bildirib ki, Nikol Paşinyan yenə də sülhdən yayınmaq üçün müzakirə edilməsi lazım olmayan fikirlər səsləndirib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Şevçenko, ötən gün Moldovada Ermənistan və Azərbaycan liderlərinin görüşü oldu. Bu görüşü necə qiymətləndirirsiniz?

- Bəzi Avropa və yeri gəlmişkən, Moldova KİV-ləri Avropa Siyasi Birliyinin Kişineu sammiti ərəfəsində Azərbaycanla Ermənistan arasında Kişineuda 30 ildən çox davam edən silahlı münaqişəyə son qoyacaq sülh müqaviləsinin imzalana biləcəyi barədə məlumat vermişdilər. 
Bu sətirlərin müəllifi o qədər də optimist deyildi, çünki biz bilirik ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan və Ermənistanın sərhədlərini qarşılıqlı şəkildə tanımaqla Qarabağ məsələsini nəhayət həll etmək cəhdləri erməni ekstremistlərinin sərt müqaviməti ilə qarşılaşır, onlar qəti şəkildə buna etiraz edirlər. Onlar Qarabağın öz qanuni sahibinə - Azərbaycana qaytarılması ilə razılaşmırlar. Ona görə də sammit ərəfəsində verdiyimiz müsahibədə də qeyd etdik ki, belə bir razılaşmanı indi gözləmək tezdir. 

Birincisi, Paşinyan öz yerli fanatiklərinin müxalifətini darmadağın etməlidir. Paşinyan riskə getmədi və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə əsas diqqəti başqa, “hazırlıq” mövzularına yönəltməklə, sülh müqaviləsinin imzalanmasını növbəti dəfə təxirə saldı. Xüsusilə, Zəngəzur dəhlizinin blokunun açılması perspektivləri, hər iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası, məhbusların və itkin düşənlərin taleyi və s.

- Ermənistan bütün görüşlərdə Qarabağla bağlı status istəyir. Təbii ki, Azərbaycan Prezidenti Kişineu görüşündən əvvəl bu barədə İrəvana və qondarma qurumun qondarma rəhbərlərinə sərt mesajlarını verdi. Belə olduqda sülh məcburi ola bilərmi? Söhbət sülhə məcburetmədən gedir.

- Ermənistan tərəfi Qarabağın erməni əhalisinin münasibətləri, hüquqları və təhlükəsizliyinin tənzimlənməsi haqqında sazişin hazırlanması və imzalanması məsələsini qaldırıb. Tamamilə mümkündür ki, Azərbaycan nəhayət, bir növ kompromis kimi belə bir saziş imzalaya bilər. Axı Azərbaycan rəhbərliyi və şəxsən Prezident İlham Əliyev dəfələrlə açıq şəkildə bəyan ediblər ki, əgər Qarabağın erməni əhalisi özünü Azərbaycanın bir hissəsi kimi tanımağa razı olarsa, ölkənin digər regionları ilə bərabər əsasda Azərbaycan vətəndaşlığını qəbul etsin və həyatlarına belə davam etsinlər.

Azərbaycan qanunvericiliyinə əməl edərlərsə, o zaman Azərbaycan onların bütün vətəndaş hüquqlarını və təhlükəsizliyini təmin edir. Və zaman keçdikcə onlar da indi onun ərazisində yaşayan bir çox başqa xalqlar (gürcülər, yəhudilər və başqaları) kimi Azərbaycanın daxili həyatına eyni şəkildə inteqrasiya edirlər.

Eyni zamanda, İlham Əliyev izah etdi ki, Azərbaycan Qarabağ ermənilərinin heç bir ultimatumuna, şantajına və başqa tələblərinə dözməyəcək. Yalnız könüllü təslim olub, “tövbə” edərlərsə, bəlkə bu halda Azərbaycan ədaləti Azərbaycan qanunlarını pozanlara qarşı çox sərt davranmayacaq. 

Güzəştə getməmək cəhdləri, Azərbaycan hakimiyyətinin təklif etdiyi danışıqlar, kənardan - istər Rusiya Federasiyasından, istər Fransadan, istər İrandan, istərsə də hər hansı başqa tərəfdən hansısa yardıma olan mənasız ümidlər gec-tez Azərbaycan hakimiyyəti tərəfindən güc yolu ilə qəti şəkildə yatırılacaq. 

Son seçim üçün yerli ermənilərə ayrılan vaxt daralır. Odur ki, əgər erməni tərəfi bu məsələnin həllini çox gecikdirsə, o zaman Qarabağ ermənilərinin hüquqlarını tənzimləyən, təhlükəsizliyini təmin edən heç bir razılaşma ümumiyyətlə ortaya çıxa bilməz. Azərbaycan sadəcə olaraq Qarabağdakı erməni rejimini silah gücünə ləğv edəcək və bu mövzunu həmişəlik bağlayacaq. Paşinyanın davranışlarına və açıqlamalarına baxanda o, bunu yaxşı anlayır. Bir az gec də olsa yerli “vətənpərvərlərin” haqqını tapıb Azərbaycanla sülh müqaviləsi bağlayacağına ümid etmək qalır.

- Moldova-Azərbaycan münasibətləri artan dinamikada inkişaf edir. Məhz ölkə başçılarının beynəlxalq tədbir çərçivəsində Moldovada bir araya gəlməsini gördük. Necə düşünürsüz, bundan sonra da rəsmi Kişineu Azərbaycan və Ermənistan arasında sülhə kömək edə bilərmi?

- Bunun üçün müəyyən ilkin şərtlər var. Onlar Moldovanın Ermənistan-Azərbaycan münaqişəsinin onilliklər boyu lazımi tarazlığı qoruyub saxlamağa müvəffəq olması faktına əsaslanır. Bu ən mürəkkəb beynəlxalq problemin həllində (Dnestryanı problem baxımından ərazi bütövlüyünün qorunması problemi bizim üçün Azərbaycandan heç də az əhəmiyyət kəsb etmir) xüsusən də, son on ildə Azərbaycana dəstək verərək, ölkəmizin hakimiyyət orqanları eyni zamanda Ermənistanla münasibətləri korlamamağa müvəffəq oldu. 

Avropa Siyasi Birliyinin 2023-cü il iyunun 1-də Moldovada keçirilmiş sammitinin göstərdiyi kimi, ölkəmiz Azərbaycan və Ermənistan arasında müxtəlif mübahisəli məsələlərin həlli üçün uğurla danışıqlar platformasına çevrilə bilər. Ona görə də, şübhə yoxdur ki, əgər gələcəkdə münaqişə tərəfləri danışıqların yeni raundları üçün Moldovaya üz tutmaq qərarına gəlsələr, hər iki ölkə ilə yaxşı münasibətlərin saxlanmasında maraqlı olan Moldova hakimiyyəti, şübhəsiz ki, belə bir platforma təqdim edəcək.

- Siz Azərbaycanı yaxşı tanıyırsız. Sülhə əngəl olan bir çox məqamı artıq qeyd etdiniz. Sülhə gedən yolda əsas maneələr həm də xaricdə yaşayan erməni lobbiləri ilə bağlıdır. Bununla razılaşmaq olarmı?

- Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının əsas səbəbi İrəvan siyasi və elmi elitasının bölüşdüyü erməni cəmiyyətinin xeyli hissəsinin bir sıra qonşu dövlətlərin (Azərbaycan, Gürcüstan, Türkiyə) ərazisinə xəstə iddiaları olaraq qalır. Əsrlər boyu erməniləri öz ərazilərinə guya Qafqazın böyük bir hissəsinin daxil olduğuna inanırlar. Hesab edirlər ki, yalnız “böyük Ermənistan”ın müxtəlif düşmənlərinin “intriqaları” ilə erməniləri ruhlandıran öz ekstremistlərinin təcavüzkar millətçi təbliğatının təsiri altında orijinal erməni torpaqları “böyük Ermənistan”ın itkisinə səbəb olub. 

Ona görə də erməni əhalisinin bu hissəsi üçün 44 günlük müharibə zamanı Ermənistan ordusunun fəlakəti və Qarabağın qaçılmaz olaraq Azərbaycanın bir hissəsi kimi tanınması dəhşətli sarsıntıya çevrildi. Erməni mühacirətinin mübariz hissəsi, onun mühitində erməni siyasi meydanında da təmsil olunan terrorçu qruplar (həmin Daşnaksütyun tərəfindən dəstəklənən) davamlı olaraq Azərbaycana qarşı nifrət doğurur, cəmiyyətdə revanşist əhval-ruhiyyə oyadırlar. 

- Biz bu məqamda Ermənistan havadarı olan ölkələrdən də danışa bilərik?!

- Bəzi xarici dövlətlər, xüsusən də Fransa və İran Ermənistanı “canlandırır” və “Türkiyə-Azərbaycan müttəfiqliyinə” heç bir güzəştə getməməyə çağırır. Azərbaycanın uğur qazanacağı təqdirdə uduzacaqlarından ehtiyatlanırlar. Biz N.Paşinyana hörmətlə yanaşmalıyıq - əksər erməni siyasətçilərindən fərqli olaraq, o, “Böyük Ermənistan” ideyalarını dirçəltmək cəhdlərinin puçluğunu dərhal dərk etməsə də, bunu bacardı. 

Ermənilərin əsas hissəsinin Qarabağ uğrunda döyüşmək istəmədiyini, yerli millətçilərin qorxaqlığını və acizliyini göstərən 44 günlük müharibənin nəticələrindən istifadə edən Paşinyan müharibədəki məğlubiyyətə baxmayaraq, hakimiyyətini əlində saxlaya bildi və hələ də buna davam edir. O, erməni əhalisinin ən aqressiv hissəsini nüfuzdan salır. Ümid etmək olar ki, o, onların müqavimətini dəf edə və yaxın gələcəkdə Azərbaycanla, “sovet” sərhədlərini tanıyan Azərbaycanla çoxdan gözlənilən sülh müqaviləsini imzalayacaq və Ermənistan-Azərbaycan münaqişəsi son qoyulacaq.

- Müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Təşəkkürlər.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO