Xəbər verdiyimiz kimi iyunun 1-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyri-rəsmi görüşlə bağlı özünün “Twitter” hesabında paylaşım edib.
“Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”, - deyə H. Hacıyev qeyd edib.
Bizim.Media
Meeting in the margins of EPC facilitated by //t.co/MUF32yJ8zX.Mishel in trilateral format and also, w/engagement of Germany&France took place in informal,positive&fruitful atmosphere. It was agreed that in July next round of meeting at 3-l formal will be held in Brussels. pic.twitter.com/g7xcAF0xtr
— Hikmet Hajiyev (@HikmetHajiyev) June 1, 2023