Avropa İttifaqından Azərbaycana TƏŞƏKKÜR

Avropa İttifaqından Azərbaycana TƏŞƏKKÜR

Hazırda oxunan: Avropa İttifaqından Azərbaycana TƏŞƏKKÜR

139064

"Azərbaycan Avropanın enerji bazarına qaz ixracını 40%-ə qədər artırıb. Buna görə, biz Azərbaycana öz təşəkkürümüzü bildiririk".

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Platforması İşçi Qrupunun direktoru Kristina Lobillo Brerro "28-ci Bakı Enerji Forum"unda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir.

“Bu rəqəm bizim üçün çox önəmlidir. Həmçinin qiymətlər kontekstində vacibdir. Biz yaşıl enerjiyə keçid mərhələsində iştirak edirik. Bununla bağlı, hamımız öhdəlik götürmüşük. Yaşıl enerjiyə keçidlə bağlı aramızda çox gözəl tərəfdaşlıq mövcuddur. Biz bütün layihələri yüksək dəyərləndiririk.
Hesab edirik Aİ üçün enerji təhlükəsizliyi iki mərhələdən ibarətdir. İlk növbədə qazın şaxələndirilməsi, eyni zamanda enerji keçid prosesinə sürətləndirilməsi. Bütün bunları biz sərbəst şəkildə edə bilmərik. Buna görə beynəlxalq tərəfdaşlarımız ilə güclü əməkdaşlığa ehtiyacımız var",- deyə Kristina Lobillo əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO