Milli Məclisin yaz sessiyası başa çatıb - FOTO 

Milli Məclisin yaz sessiyası başa çatıb - FOTO 

Hazırda oxunan: Milli Məclisin yaz sessiyası başa çatıb - FOTO 

139003

Mayın 31-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü ilin yaz sessiyasında son iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, parlamentin sədri iclasda 14 məsələnin müzakirə olunacağını bildirib.

O qeyd edib ki, gündəliyin birinci məsələsi - birinci oxunuşda müzakirəyə təqdim edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsidir. 
İclasda məsələ barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb.

O qeyd edib ki, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” “Büdcə sistemi haqqında” Qanunla müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. 

Komitə sədri bildirib ki, 2022-ci ilin dövlət büdcəsi ölkə Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik tədbirləri ilə uzlaşdırılaraq, qlobal iqtisadiyyatda gedən proseslərin, regionda baş verən hadisələrin, müdafiə və təhlükəsizlik çağırışlarının, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra edilib. 

2022-ci il Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixində işğal altında olan ərazilərin Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi və işğalçı Ermənistan üzərində qazanılan hərbi-siyasi-iqtisadi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət aldığı bir il kimi qalacaq.

Məhz bu ildə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Zəngilan Beynəlxalq Hava Limanı açılıb, Laçın şəhəri nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib.  
Qeyd edilib ki, bu işlərin aparılması üçün hesabat ilində dövlət büdcəsindən 4.3 milyard manat vəsait xərclənib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO