İran Prezidenti: “Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişik”

İran Prezidenti: “Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişik”

Hazırda oxunan: İran Prezidenti: “Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişik”

138785

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, mətndə deyilir: 

"Möhtərəm Prezident! 

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm. 

İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının özünəməxsus yeri vardır. Ölkələrimizin müsəlman xalqlarının birgə tarixi və onların arasında mövcud olan qırılmaz dini və mədəni bağlar iki ölkənin münasibətlərinin inkişafı üçün çox dəyərli bir sərmayə hesab olunur. Bu çərçivədə İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişdir. 

Ölkələrimizin çox geniş potensiallarının mövcud olduğunu nəzərə alaraq, ümid edirəm ki, xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun şəkildə ikitərəfli əməkdaşlığımızın və münasibətlərimizin daha da genişlənməsinə şahid olacağıq. 
Allah Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə başucalığı və xoş günlər arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO