Avropa İttifaqı mayın 31-də Kişinyov sammitində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa və Almaniya liderləri Emmanuel Makron və Olaf Şolz, həmçinin Avropa Şurasının sədri Şarl Mişel arasında Avropa Siyasəti çərçivəsində “böyük görüş”ə hazırlaşır.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.
“Mən təsdiq edə bilərəm ki, Azərbaycan və Ermənistan liderləri bir araya gələcək. Sabah prezident Makron və kansler Şolz arasında görüş baş tutacaq. Bu, səylə hazırladığımız və bizim üçün böyük hesab etdiyimiz bir işdir”.
Xatırladaq ki, mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycan, Ermənistan və Avropa Şurası başçıları mayın 31-də Kişinyovda görüşmək barədə razılığa gəliblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:58 / 30.05.2023
Kişinyovda Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası rəhbərləri bir ARAYA GƏLƏCƏK
Hazırda oxunan: Kişinyovda Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası rəhbərləri bir ARAYA GƏLƏCƏK
Hazırda oxunan: Kişinyovda Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası rəhbərləri bir ARAYA GƏLƏCƏK
138772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.