Abutalıb Səmədov: “Sülh sazişi Azərbaycanın tələblərinin qəbul olunmasına gətirib çıxaracaq”

Abutalıb Səmədov: “Sülh sazişi Azərbaycanın tələblərinin qəbul olunmasına gətirib çıxaracaq”

Hazırda oxunan: Abutalıb Səmədov: “Sülh sazişi Azərbaycanın tələblərinin qəbul olunmasına gətirib çıxaracaq”

138733

Son günlər erməni silahlı dəstələr tərəfindən atəşkəsin pozulması halları yenidən intensivləşib. Ermənistan istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki hissələri atəşə tutulub.  

Mayın 28-i axşam saatlarında isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov ermənilərin atəşkəsi pozmasını sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinin erməniləri və rusları narahat etməsilə əlaqələndirdi: 
 

MÖVZU İLƏ BAĞLI:

Kişinyov sammitindən nələr gözlənilir? – Tofiq Zülfüqarovun ŞƏRHİ 


“Çünki imzalanacaq müqavilənin konturları aydındır. Azərbaycan baza prinsiplərini təqdim edib və ermənilərin onu qəbul etməmək şansı da yoxdur. Ancaq imzalanacaq sülh sazişini erməni cəmiyyəti qəbul etmir və qəbul etmək ehtimalı da yoxdur. Paşinyan da bu müstəvidə təbii ki, qorxur. Onun nüfuzu 15 faiz səviyyəsinə düşüb, elə bir dəstəyi də yoxdur. Müxalifət fəallaşıb. 

Digər tərəfdən, Rusiya da sülh prosesinin sürətlənməsini istəmir. Moskva Ukrayna məsələsilə bağlı olaraq nə özü aktiv şəkildə bu prosesə qoşula bilmir, nə də Qərbə sülh sazişində vasitəçi olmaq imkanını da vermək istəmir. Ona görə də, İrəvanla Moskva sülh sazişində maraqlı deyillər.
Baxmayaraq ki, Paşinyan müəyyən sülhsevər bəyanatlar verir. Təxribatların kökündə də məhz bunlar dayanır. Bununla prosesin mümkün qədər uzanmasına çalışırlar. Çünki  sülh sazişi Azərbaycanın tələblərinin böyük hissəsinin qəbul olunmasına gətirib çıxara bilər ki, bunu da ermənilər istəmir”. 

Ekspert ermənilərin atəşkəsi pozmaq cəhdlərinin daha da intensivləşəcəyini gözləmir:  

“Onların bunu etməyə gücləri yoxdur. Əllərindən gələn yalnız bu kimi kiçik atəşkəs pozuntularına getməkdir. Bundan artığına nə ermənilər, nə də onu dəstəkləyənlər qadir deyil.

Ona görə istəsələr də, istəməsələr də, ən azından cari ilin sonunda Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin sammitində sülh sazişini imzalamaq məcburiyyətində qalacaqlar. Təxribatları da maksimum o vaxta qədər uzada bilərlər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO