Peskovdan Azərbaycan-Ermənistan liderlərinin Moskva görüşü ilə bağlı AÇIQLAMA 

Peskovdan Azərbaycan-Ermənistan liderlərinin Moskva görüşü ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Peskovdan Azərbaycan-Ermənistan liderlərinin Moskva görüşü ilə bağlı AÇIQLAMA 

137559

“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”.

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.

“Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaq. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, - deyə o, vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO