Xocalı qatili Qarabağdakı ermənilərə SƏSLƏNDİ

Xocalı qatili Qarabağdakı ermənilərə SƏSLƏNDİ

Hazırda oxunan: Xocalı qatili Qarabağdakı ermənilərə SƏSLƏNDİ

137546

"Mən öz növbəmdə prezidentlərə ünvanlanan ultimatum tələblərini (Paşinyan tərəfindən) təhqiramiz hesab edirəm. Nə baş verdiyini indi başa düşdünüz? Bu qədər sadəlövhsünüz? Son iki ildə Qarabağın Azərbaycana aid olduğunu görməmək mümkün deyildi".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryan öz Facebook səhifəsində yazıb. 

"Biz bu haqda ictimaiyyətə demişdik. Qarabağdakı qondarma rejimin "parlamentinin" deputatları (dördü istisna olmaqla)  və rəhbərləri də bizim xəbərdarlıqlarımıza heç bir reaksiya vermədi.

Siz (rejimdəki "məmurları" nəzərdə tutur) 2021-ci il seçkilərində Ermənistan hakimiyyətini dəstəklədiniz. Keçən ilin aprel-may aylarında İrəvanda baş verən kütləvi etiraz aksiyalarını sanki görmədiniz. 

Mənim yanaşmalarım dəyişməyib. Biz Vətən uğrunda vuruşmalıyıq", deyə o, qeyd edib.

Xatrıladaq ki, Robert Köçəryan 31 avqust 1954-cü ildə Xankəndi şəhərində anadan olub.  1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib. Köçəryan azərbaycanlı əhaliyə qarşı, xüsusilə Xocalıda qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.

1994-cü ildən 1996-cı ilədək qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidenti olub. 1997-ci ilin martında Ermənistan Respublikasının baş naziri təyin edilib. 9 aprel 1998-ci ildən 9 aprel 2008-ci ilədək prezident vəzifəsində çalışıb. 
Ermənistan müxalifəti Köçəryanın prezident seçildiyi hər iki seçkini saxtalaşdırılmış və qanunsuz seçki hesab edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO