Prezident: “Azərbaycanın və Litvanın biznes subyektləri və sahibkarları arasında təmaslara əhəmiyyət veririk”

Prezident: “Azərbaycanın və Litvanın biznes subyektləri və sahibkarları arasında təmaslara əhəmiyyət veririk”

Hazırda oxunan: Prezident: “Azərbaycanın və Litvanın biznes subyektləri və sahibkarları arasında təmaslara əhəmiyyət veririk”

137381

“Bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları arasında təmaslara böyük əhəmiyyət verdiyimizin təzahürüdür”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında deyib. 

“Hesab edirəm ki, Prezident Nauseda ilə əməkdaşlığımız üçün çox güclü bünövrə qoymuşuq, çox fəal siyasi dialoq qurmuşuq. Artıq söylədiyim kimi, biz ötən ilin mayında Bakıda görüşdük. Sonra bu ilin yanvarında Davosda görüş keçirdik. İndi isə Vilnüsdə görüşürük. Bu, həqiqətən əməkdaşlığımızın dinamik xarakterini göstərir. İndi isə biznes icmaları üçün qarşılıqlı surətdə faydalı və məhsuldar əməkdaşlığı ehtiva edən uzun perspektivli plan üçün vaxt yetişib”, - deyə dövlətimizin başçısı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO